Dünya
Rusiyadan Ukraynaya qarşı daha bir ADDIM
Rusiya parlamentinin aşağı palatası Duma Ukraynanın şərqində rusiyayönlü separatçıların birtərəfli qaydada elan etdiyi administrasiyaların rəsmi tanınması üçün Prezident Vladimir Putinə müraciət etmək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Kommunist Partiyasının hazırladığı və Vahid Rusiya Partiyasının dəstəklədiyi təkliflə Dumaya çıxarılan qətnamə layihəsi gündəmə gətirildikdən sonra Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinə göndərilib.
Layihəyə əsasən, “Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası”nın tanınması üçün “Rusiya prezidenti Putinə ediləcək çağırış” məsləhətləşmələr üçün Rusiya Xarici İşlər Nazirliyinə göndəriləcək.
Gün ərzində bu məsələ ilə bağlı Dumada iki fərqli səsvermə keçiriləcək. Birincisi, Putinə müraciət edərək iki rayonun müstəqilliyinin “dərhal” tanınması, ikincisi isə məsələ ilə bağlı “öyrənilməsi və rəy bildirilməsi üçün” Rusiya Xarici İşlər Nazirliyinə və digər dövlət orqanlarına göndəriləcək qanun layihəsidir.
Dumanın sədri Vyaçeslav Volodin açıqlamasında Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikasının (LXR) müstəqil tanınması məqsədilə iki qətnamənin səsverməyə çıxarılacağını bildirib.
“Səsvermə zamanı ən çox səs toplayan variant qəbul ediləcək”, - Volodin deyib.
Xatırladaq ki, 2014-cü ildə Ukraynanın şərqində rusiyayönlü separatçılar Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası adlı iki ayrı administrasiya yaradıblar.
Qeyd edək ki, birtərəfli elan edilən hökumətlər dünyanın heç bir ölkəsi tərəfindən tanınmır və Qərb dövlətləri tərəfindən qeyri-qanuni hesab edilir.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu































.jpg)


