Dünya
SON DƏQİQƏ: Ukraynada bombardman səsləri eşidilir - Müharibə başladı?
Ukrayna-Rusiya sərhədində gərginlik praktiki mərhələyə keçir.
Publika.az xəbər verir ki, Donetskdəki separatçılarla ukraynalı hərbçilər arasında toqquşma baş verib.
“Röyters”in məlumatına görə, Ukraynanın şərqindəki Elenova kəndi ilə Donetsk hava limanı yaxınlarında bombardman səsi eşidilib.
Separatçılar Ukrayna ordusunun atəş açdığını iddia edir.
Ukrayna isə bunu təkzib edib və bildirilib ki, separatçılar kəndlərə hücuma keçib.
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın son günlər Donbasla təmas xəttində gərginliyi artıran addımlar atdığını deyib.
Ukrayna Birləşdirilmiş Qüvvələrin Əməliyyat Mərkəzinin məlumatına görə, separatçıların Luqansk vilayətinin Stanitsia Luqanska kəndini atəşə tutması nəticəsində iki mülki şəxs yaralanıb.
Bununla yanaşı, separatçılar Luqansk vilayətindəki Novaya Kondraşevskaya dəmir yol stansiyasını artilleriya atəşinə tutublar. Stansiya ilə yanaşı, lokomotiv deposu və uşaq bağçası da atəşə tutulub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
