Dünya
Xarkovda azərbaycanlı həlak oldu - YENİLƏNDİ
Ukraynada baş verən hadisələr zamanı 4 azərbaycanlı həlak olub.
Publika.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, baş vermiş ölüm hallarının təfərrüatları araşdırılır.
xxx
Ukraynanın Odessa şəhərində həlak olan azərbaycanlıların kimliyi məlum olub.
Onlar Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur.
Hər üç şəxs yaxın qohumdurlar.
Xatırladaq ki, ötən gecə Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin avtomobil karvanı diversiya qrupu tərəfindən atəşə tutulub. Nəticədə 3 azərbaycanlı dünyasını dəyişib.
xxx
Ukraynanın Xarkov şəhərində küçə döyüşləri zamanı bir azərbaycanlı həlak olub.
Publika.az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.
Hazırda şəhərdə ağır döyüşlərin getdiyini deyən S.Adıgözəlli qeyd edib ki, ölən şəxs tələbədir və küçədə atışma zamanı güllələnib.
Samir Adıgözəlli vurğulayıb ki, ötən gecə Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin avtomobil karvanı diversiya qrupu tərəfindən atəşə tutulub. Nəticədə 3 azərbaycanlı dünyasını dəyişib.
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır














.jpg)



















.jpg)

.jpg)