Dünya
Türkiyənin ilk pendir muzeyi
Qarsdan təxminən 1 saatlıq məsafədə yerləşən Boğatəpə məşhur Qars qrüyeri pendirinin istehsal edildiyi kənddir.
Publika.az xəbər verir ki, İsveçrəlilərin Alp dağlarına bənzətdiyi bu kənd həm də Türkiyənin ilk pendir muzeyinə ev sahibliyi edir.
Kənddə 1880-ci ildə tikilən və uzun müddət istifadə edilməyən süd zavodu Boğatəpə Ətraf Mühit və Həyat Dərnəyinin rəhbərliyi ilə vətəndaşlar tərəfindən bərpa edilərək muzeyə çevrilib. 2010-cu ildə açılan bu qastronomiya muzeyi həm də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən də dəstəklənir.
Üç bölmədən ibarət muzeydə Boğatəpə Qars qrüyeri və pendirin tarixini izah edən şəkillər və yazılar nümayiş etdirilir.
Burada ənənəvi ev pendirinin hazırlanma mərhələlərini və köhnə pendir qəlibləri, maya qəlibləri, ağırlıq çəkiləri kimi pendir istehsalı ilə bağlı materialları görmək mümkündür.
Muzeyin daxilində ayrıca bölgədə bitən 100-ə yaxın təbii bitki növünün təqdim olunduğu panno da var. Təbii müalicə üsulu kimi istifadə edilən bu bitkilərin adları, şəkilləri və nə üçün istifadə edildiyi şərh olunur.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)