Dünya
Dünyanın gözü Türkiyəyə DİKİLDİ: SAATLAR SONRA...
Dünyanın gözü, qulağı bu gün Antalyada olacaq. Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra bu gün ilk dəfə iki ölkənin xarici işlər nazirləri Sergey Lavrovla Dmitro Kuleba arasında görüş olacaq. Görüşdə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da iştirak edəcək.
Publika.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında münaqişənin dayandırılması və davamlı sülh üçün səylərini davam etdirən Türkiyə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Ukraynanın Xarici İşlər naziri Dmitro Kulebanı Antalya Diplomatiya Forumunda bir araya gətirəcək.
XİN başçılarının danışıqları Türkiyənin Antalya şəhərinin Belek rayonundakı “Regnum Carya” hotelində baş tutacaq.
Türkiyənin gərgin diplomatik səyləri nəticə verdikdən sonra keçiriləcək görüş ilk növbədə qarşıdurmaların dayandırılması və iki ölkə arasında daimi atəşkəsin təmin edilməsi məqsədi daşıyır. Görüşün Rusiyanın Ukraynaya hücumlarının sona çatması üçün dönüş nöqtəsi olacağına ümid edilir.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu həmkarları ilə təmaslarını ləngitmədən davam etdirərək, müharibə başlamazdan əvvəl 11-13 mart tarixlərində keçiriləcək Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində Sergey Lavrov və Dmitro Kulebanı bir araya gətirməyi təklif edib.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Ukraynanın XİN rəhbəri Dmitro Kuleba Türkiyənin vasitəçiliyi ilə bu gün Antalyada keçiriləcək Rusiya-Ukrayna-Türkiyə üçtərəfli xarici işlər nazirləri toplantısı üçün artıq Antalyaya gəlib.
Kritik zirvədən bir gün sonra Antalya Diplomatiya Forumu başlayacaq.
Mövlud Çavuşoğlunun ev sahibliyi edəcəyi forumda açılış nitqi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edəcək.
Forumda 3000-ə yaxın insanın iştirakı gözlənilir. Antalyada 19 dövlət və hökumət başçısı, 73 nazir və 42 beynəlxalq təşkilat nümayəndəsi olacaq. İştirakçılar arasında Türkiyənin münasibətləri normallaşdırmağa hazırlaşdığı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da var.
Rusiya və Ukrayna nümayəndə heyətləri görüşdən kənar danışıqlar aparmayacaq, ayrı-ayrı hotellərdə qalacaqlar. Danışıqların keçiriləcəyi hoteldə Rusiya nümayəndə heyətinin qalacağı villanın pəncərələri gülləkeçirməzdir. 12,5 milyon TL-yə başa gələn və hotel daxilində ayrıca hissədə dəmir hasarla əhatə olunan villanın şəxsi mühafizəsi də var. Ukrayna nümayəndə heyəti isə başqa beşulduzlu hoteldə qonaqlayacaq.
-
Qoroskop00:15Günün ULDUZ FALI - Subaylar üçün maraqlı bir tanışlıq baş tuta bilər
-
Magazin114 İyun 20:48"O qədər xəyanət etmişəm ki..." - VİDEO
-
Dünya14 İyun 20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR
-
Art14 İyun 19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 14 İyun 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 14 İyun 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm14 İyun 16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin214 İyun 16:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər











.webp)






















