Dünya
Putinin planı baş tutur: suriyalı döyüşçülər Ukrayna sərhədinə yeridildi
İndiyədək 40 mindən çox suriyalı döyüşçü Ukraynaya getmək üçün qeydiyyatdan keçib. Hələlik heç bir suriyalı döyüşçü bölgəyə çatmayıb, lakin onlardan 400 nəfərinin Ukrayna sərhədinə yaxın ərazidə yerləşən Rusiyadakı düşərgələrdə təlim keçdiyi açıqlanıb.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Suriyada İnsan Haqları üzrə Milli Müşahidə Qrupu məlumat yayıb.
Suriyada İnsan Haqları üzrə Milli Müşahidə Qrupu Rusiya ordusu sıralarına qoşulmağa hazır olanların sayını hər keçən gün daha da artırır.
Onların “könüllülər” olmadığı, “maaş və imtiyazlar” alacaqları vədləri ilə yazıldığı iddia edilir. Lakin Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Ukraynadakı müharibəyə Yaxın Şərqdən olan könüllülərin cəlb oluna biləcəyini açıqlamışdı. O bildirmişdi ki, həmin şəxslər “pul söhbəti etmirlər”. Suriyalı könüllülər isə bunun əksini deyirlər.
Müşahidəçilər qeyd edirlər ki, Suriyada Rusiya hərbi sistemi tərəfindən illərdir birlikdə seçilən müxtəlif Suriya hökumət strukturları vasitəsilə Dəməşq və Hələb şəhərlərində könüllülərin qeydiyyatı davam edir.
Məlum olduğu kimi, artıq suriyalı döyüşçülər Ukrayna sərhədinə gəlib. Beləliklə, 400 könüllünün Ukrayna sərhədinə gəlməsi ilə Vladimir Putin planını həyata keçirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ötən həftə Ukraynada Rusiya ordusu sıralarında Yaxın Şərqdən olan “könüllü döyüşçülərin” də yer alacağını açıqlamışdı.
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO












_(1).webp)






















