Dünya
Ermənilərdən XAİN ADDIM: Putinə MÜRACİƏT ETDİLƏR - VİDEO
Video əlavə olunub.
***
Rusiyanın Ukraynaya hücumu başlayandan bəri Ermənistanda xeyli insan və bir neçə təşkilat Rusiya Silahlı Qüvvələrinin tərkibində müharibədə iştirak etməyə hazır olduqlarını bəyan ediblər.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və törətdiyi terror aktlarında fəal iştirak edən erməni terrorçular indi də Rusiya ordusunun sıralarında Donbasda Ukraynaya qarşı döyüşmək niyyətindədirlər.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb. Rusiyameyilli və irqçi baxışları ilə fərqlənən “Erməni qartalları” terror qruplaşması bunun üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət də ünvanlayıb.
Sözügedən qruplaşma 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib. Terror qruplaşmasından bildirilib ki, onlar Donbasa yola düşməyə hazırdırlar. Nəşrin məlumatına görə, dəstə başçısı polkovnik Xaçik Asryan müvafiq məktubu Moskvanın Ermənistandakı səfiri Sergey Kopırkinə təqdim edib. Qeyd edək ki, bir müddət əvvəl təşkilatın rəsmi səhifəsində dəstənin “44 günlük müharibədə Azərbaycana hərbi, iqtisadi və mənəvi dəstək olan” Ukraynaya qarşı döyüşə hazır olduğuna dair məlumat yayılmışdı.
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO











_(1).webp)























