Dünya
Rusiya 3 həftədə 5 generalını itirdi
Fevralın 24-dən martın 18-dək Ukrayna Silahlı Qüvvələri 5 rus generalını məhv edib.
Publika.az">Publika.az xəbər verir ki, bunu Ukrayna Daxili İşlər nazirinin müşaviri Vadim Denisenko bildirib.
O əlavə edib ki, hətta İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqı 3 həftə ərzində 5 generalını itirməyib.
Ukraynada məhv edilən generalların siyahısını təqdim edirik:
1. Maqomed Tuşayev - General-mayor, Kadırovun Kiyevə göndərdiyi “silahdaşıdır”. Fevralın 26-da Qostomel yaxınlığında öldürülüb;
2. Vitali Gerasimov - Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Ordusunun general-mayoru, qərargah rəisi və komandanının birinci müavini. Xarkov müdafiəçiləri tərəfindən martın 7-də öldürülüb;
3. Andrey Kolesnikov - General-mayor, Rusiya Federasiyası Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandanı. Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko onun məhvi ilə bağlı martın 11-də məlumat verib;
4. Oleq Mityaev - General-mayor, elit 150-ci motoatıcı diviziyasının komandiri olub. Martın 15-də “Azov” alayı tərəfindən məhv edilib. Mariupol əhalisinin ölümünə görə məsuliyyət daşıyan onun qrupudur;
5. Andrey Mordviç - General-leytenant, Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin 8-ci Ordusunun komandiri. Martın 19-da Çornobayivkada öldürülüb.
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır














.jpg)



















.jpg)

.jpg)