Dünya
Ukraynada Ramzan Kadırovun komandiri MƏHV EDİLDİ - FOTO
Ukraynada Kadırov qruplaşmasının komandiri, Rusiyanın Qroznı şəhərindən olan “Stinqer” ləqəbli Ruslan Əzizov məhv edilib.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə müxalif çeçen bloger Xasan Xalitov özünün Teleqram kanalında məlumat yayıb.
Stinqerin harada öldürüldüyü hələlik bildirilmir. Xalitov Əzizovun məhv edilməsi barədə qohumuna məlumat verən kadırovçulardan birinin telefon danışığının dinlənilməsini yayıb.
“Kadırovun qulları “Stinqer” ləqəbli komandir Ruslan Əzizovun ölümünü təsdiqləyirlər. Deyirlər ki, onlara nəfəs almağa belə icazə verilmir, onları şiddətli atəşə tuturlar. Yorğundurlar və qorxurlar, onlar evə getmək istəyirlər”, - Xasan Xalitov qeyd edir.
Daha sonra o, kadırovçuların öldürülmüş komandirinin şəklini “Stinqer” Stinqeri məhv edəndə” başlığı ilə dərc edib.
Əzizovun məhv edilməsi ilə bağlı məlumatı Odessa hərbi administrasiyasının spikeri Sergey Bratçuk da təsdiqləyib. Bratçuk özünün Teleqram kanalında belə yazıb: “O, Ukraynaya gəldi və utilizasiya edildiyi üçün video çəkməyə vaxt tapmadı və indi yalnız bir fotoşəkil qaldı. Kadırovçuların özləri isə Stinqer ləqəbli komandirləri Ruslan Əzizovun ölümünü artıq təsdiqləyiblər”.
Qeyd edək ki, Əzizov əvvəllər Donbasda Ukrayna qoşunlarına qarşı döyüşüb, kadırovçulardan ibarət “Ölüm” dəstəsinin komandiri olub.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO































.jpg)


