Dünya
Çindən YENİ BƏLA: "H3N8" quş qripinə ilk yoluxma faktı QEYDƏ ALINDI
Çində insanların "H3N8" quş qripi ştammına ilə ilk yoluxma halı qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə "BNO News" agentliyi Çin Xalq Respublikasının Milli Səhiyyə Komissiyasına istinadla məlumat yayıb.
Bildirilib ki, infeksiya mərkəzi Henan əyalətinin Zhumadian şəhərinin dörd yaşlı sakinində təsdiqlənib. İnfeksiya aprelin 5-də ev quşları ilə təmas nəticəsində baş verib. Uşağın vəziyyəti pisləşdiyi üçün aprelin 10-da xəstəxanaya yerləşdirilib. Xəstəliyə yoluxanların bütün qohumlarının sağlam olduğu bildirilir.
Komissiyanın ilkin qiymətləndirməsinə əsasən, "H3N8" ştammı hələ ki, insanları effektiv şəkildə yoluxdurmaq qabiliyyətinə malik deyil. Ona görə də genişmiqyaslı epidemiya riski aşağı olaraq qalır.
"H3N8" qripi quşlarda, itlərdə və atlarda olur. İndiyədək virusun bu ştamının insanlara ötürülməsi faktı rəsmi olaraq qeydə alınmayıb. Eyni zamanda, agentlik qeyd edir ki, "H3N8" 1889-1890-cı illərdə 1 milyona yaxın insanın həyatına son qoyan qrip pandemiyasının səbəbi ola bilər.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)