Dünya
Putindən Qərbə ŞOK XƏBƏRDARLIQ: “Qiyamət təyyarəsi” illər sonra... - VİDEO
Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ilə bağlı iddiaların müzakirə edildiyi bir vaxtda “Qiyamət təyyarəsi” adlandırılan “Ilyushin Il-80” Moskva səmalarında görünüb.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşrin yaydığı videoda “Ilyushin Il-80”nin Moskva səmalarında dövrə vurduğu görünür.
Rusiya rəsmiləri təyyarənin Qələbə Günündə Qırmızı Meydanda keçiriləcək paradda uçuşlara qatılacağı üçün təlim məqsədilə havaya qalxdığını bildiriblər.
Sovet dövründən qalma nəhəng təyyarə “Uçan Kreml” kimi tanınır. Təyyarə 2010-cu ildən bəri Hitlerin məğlubiyyəti və İkinci Dünya müharibəsinin başa çatması münasibətilə keçirilən Qələbə Günü mərasimində nümayiş olunmur. Onun yenidən peyda olması Vladimir Putinin Qərbə xəbərdarlıq mesajı vermək istəyi kimi qiymətləndirilir.
Bildirilir ki, “Ilyushin Il-80”nüvə hücumu zamanı ölkəni idarə etmək üçün nəzərdə tutulub. Kremldəki idarəetmə sistemini əvəz edə bilən laynerin yalnız pilot kabinəsinin şüşələrinin olması diqqət çəkir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
