Dünya
Rusiya müharibədə uduzub - Ağ Ev
“Rusiya Federasiyasının hakimiyyət orqanları Ukraynaya genişmiqyaslı işğal başlamazdan əvvəl qarşıya qoyduqları bütün məqsədləri artıq puça çıxarıblar və qələbə haqqında öz fikirləri nöqteyi-nəzərindən müharibəni uduzublar”.
Publika.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
“Rusların bunu (qələbələrini - red.) özləri üçün necə təyin etdiklərini qeyd etmək və yaddan çıxarmamaq vacibdir. Onlar artıq öz fikirlərinə görə uduzdular” - Bayden administrasiyasının sözçüsü bildirib.
O qeyd edib ki, Kreml Ukrayna ərazisinin əhəmiyyətli hissəsini, o cümlədən şimalını ələ keçirməyi planlaşdırıb, lakin buna nail ola bilməyiblər.
“Prezident Putin Kiyevin küçələrində yürüş etməyəcək. Onlar bu ölkənin ərazi bütövlüyünü və suverenliyini ələ keçirməyəcəklər. Onlar NATO-nu parçalaya bilməyiblər”, - Psaki vurğulayıb.
Ağ Evin mətbuat katibi əlavə edib ki, indiki mərhələdə ABŞ həm döyüş meydanında silahları gücləndirməklə, həm də Ukrayna tərəfinin istənilən ehtiyaclarını təmin etməklə, danışıqlar masası arxasında Ukraynanın mövqeyini möhkəmləndirmək üçün səylər göstərir.
Qeyd edək ki, ötən gün Co Bayden bildirmişdi ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna etmir və bu məsələni G7-nin digər ölkələri ilə müzakirə etməyi planlaşdırır.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)