Dünya
"Taliban"dan əfqan qadınlara ƏN SƏRT QADAĞA: burka geyinməyəni...
2021-ci ilin avqustunda Əfqanıstanda faktiki olaraq hakimiyyəti ələ keçirən "Taliban", ölkədəki qadınlara ictimai yerlərdə başlarını örtüb gəzmələrini əmr edib.
Publika.az xəbər verir ki, bu barədə bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Qeyd edilib ki, bu, Taliban tərəfindən qadınların hüquqlarına qoyulan ən sərt məhdudiyyətlərdən biridir.
Taliban hökumətinin mayın 7-də verdiyi fərmanda burka geyməyin “ənənə və hörmət nümayişi” olduğu bildirilir. Bu qaydanı pozduğuna görə qadın və ya onun yaxın qohumu cərimədən həbsə və dövlət vəzifəsindən azad edilməyə qədər cəza gözləyir.
Əfqanıstanda hakimiyyətə gəldikdən sonra "Taliban" qadınların hüquqlarını məhdudlaşdırmayacağına söz verib. Amma bunun əksi baş verdi: onlara başqa kişinin müşayiəti olmadan çölə çıxmaq qadağan edildi, məktəb və universitetlərdə kişilərlə təhsil almağa icazə verilmədi.
Daha sonra "Taliban" Əfqanıstanda qadın və qızların müşayiəti olmadan səyahət etməyi və həkim məsləhəti almağı qadağan etdi. 2022-ci ilin martında "Taliban" açılmalı olduğu səhər qız məktəblərini darmadağın etdi.
Son insident beynəlxalq ictimaiyyətin tənqidinə səbəb oldu və ABŞ-ın Əfqanıstana maliyyə yardımı ilə bağlı tədbiri ləğv etməsinə səbəb oldu. Cenevrə Müraciətinə əsasən, 39 milyon əfqandan 23 milyonu pis qidalanır və 97%-i yoxsulluq həddinin altında yaşayır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
