Dünya
Putinin Ukraynanı təbrik etməsi HİDDƏTLƏ QARŞILANDI
Rusiya Prezidenti Vladimir Putinin 9 May - faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə təbrik etdiyi ölkələr arasında Ukrayna da yer alıb.
Publika.az">Publika.az xəbər verir ki, Putinin xalqa ünvanlandığı təbrik mətni ukraynalıların qəzəbinə səbəb olub.
Bildirilib ki, bu, Ukraynaya qarşı aktiv qanlı müharibə aparan Kreml rəhbərinin kinli müraciətindən başqa bir şey deyil.
Vladimir Putinin “Bu gün müxtəlif ölkələrin insanlarına bu qədər iztirablar gətirən nasizmin dirçəlişinin qarşısını almaq bizim ümumi borcumuzdur” deməsi isə müzakirələrə səbəb olub. Ukrayna mediası Putinin özünün ölkənin ərazilərini işğal etməsi, dinc sakinləri öldürməsi ilə nasizmi dirçəltiyini yazıb.
Təbrikin “DNR” və “LNR”, eyni zamanda Donbas “liderlərinə” ünvanlanması qəzəbi bir qədər də artırıb.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Danışır Moskva” radiostansiyasına müsahibəsində Putinin Qələbə günü münasibətilə Ukrayna vətəndaşlarına təbrikinin göndərildiyini, lakin bu təbrikin konkret ünvanının olmadığını qeyd edib.
“Bu, hamıya ünvanlanıb və Ukraynada Böyük Vətən Müharibəsinin xatirəsi onlar üçün müqəddəs sayılan, 9 Mayın müqəddəs bayram - Qələbə Günü kimi anan çoxları var”, - Kremlin sözçüsü bildirib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
