Dünya
Ukrayna üçün TARİXİ GÜN - "Kiyevin taleyi" səsverməyə çıxarılır
ABŞ Konqresinin Nümayəndələr Palatası bu gün Ukraynaya 39,8 milyard dollar əlavə yardımın ayrılmasına səs verə bilər.
Publika.az">Publika.az xəbər verir ki, hesabatlara görə, demokrat qanunvericilər Prezident Co Baydenin əvvəllər tələb etdiyi 33 milyard dollardan artıq olan bu təkliflə razılaşıblar.
Mənbələr yeni təklifin əlavə olaraq 3,4 milyard dollar hərbi yardım və 3,4 milyard dollar humanitar yardımı əhatə etdiyini bildirir.
Mənbələrin dediyinə görə, Senat liderləri qanun layihəsinin prezident tərəfindən mümkün qədər tez imzalanması üçün tez hərəkət etməyə hazır olduqlarını bildiriblər.
Bəzi demokratların Ukrayna üçün təcili maliyyələşdirmə ilə birləşdirmək istədikləri COVID-19 ilə mübarizə üçün əlavə maliyyələşdirmə təklifi indi ayrıca nəzərdən keçiriləcək.
Bir gün əvvəl Co Bayden bəyanat yayaraq qanunvericiləri qanun layihəsini qəbul etməyə və yaxın bir neçə gün ərzində imzaya təqdim etməyə çağırıb. “Konqresdən gələcək addımları gözləyərkən yardım tədarükümüzün dayandırılmasına icazə verə bilmərik” - deyə o qeyd edib.
Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, Vaşinqtonun Ukraynaya hərbi yardım üçün artıq ayırdığı vəsait demək olar ki, ayın sonuna qədər davam etməlidir, lakin ABŞ Konqresinin yeni tələbi təsdiqləməsi lazımdır.
Kirbi ötən gün brifinqdə deyib: "Biz Konqresi Ukraynaya fasiləsiz yardım göstərməyə davam etmək üçün prezidentin əlavə xahişini mümkün qədər tez təsdiqləməyə çağırırıq".
Qeyd edək ki, Co Bayden mayın 9-da Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirmək məqsədilə Ukraynaya lend-liz əsasında silah tədarükü haqqında qanun imzalayıb. Konqresin saytında sənədə verilən izahat qeydində deyilir ki, bu qanun ABŞ administrasiyasına 2023-cü maliyyə ili ərzində Ukrayna və Şərqi Avropanın digər ölkələrini hərbi texnika ilə təmin etmək hüququ verəcək.
Lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb.
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı






































