Dünya
Putin Ukraynada buna hazırlaşır - ABŞ ELAN ETDİ

ABŞ kəşfiyyat ictimaiyyəti hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada başlatdığı müharibə yaxın aylarda “daha gözlənilməz olacaq və gərginləşəcək”.
Publika.az">Publika.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Konqresə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heyns bildirib.
Heyns Putinin işğalının növbəti mərhələsinin acınacaqlı olacağına diqqət çəkib. Onun sözlərinə görə, Putinin növbəti addımını proqnozlaşdırmaq çətin olacaq, çünki Putin qismən öz ambisiyaları ilə Rusiya ordusunun hazırkı imkanları arasında uyğunsuzluqla üzləşir.
Heyns qeyd edib ki, hazırkı vəziyyət Prezident Putinin daha güclü addımlar atması ehtimalını artıra bilər: “O cümlədən, hərbi vəziyyət, sənaye istehsalının istiqamətinin dəyişdirilməsi və ya potensial olaraq hərbi əməliyyatların eskalasiyası ilə bağlı ciddi addımlar atıla bilər”.
Onun sözlərinə görə, kəşfiyyat ictimaiyyəti Putinin Rusiyanın mövcudluğuna təhlükə hiss etməsə, nüvə silahından istifadə edəcəyinə inanmır.
Müdafiə Kəşfiyyat İdarəsinin rəhbəri general-leytenant Skott Berrier də qeyd edib ki, ABŞ Rusiyanın nə vaxtsa taktiki və ya nüvə silahından istifadə edəcəyini gözləmir.
Heyns həmçinin bildirib ki, Putinin məqsədləri Donbasdan çox-çox kənara çıxır. “Uğur qazansalar belə, Donbasdakı döyüşlərin faktiki olaraq müharibəni bitirəcəyinə əmin deyilik” - deyə o, vurğulayıb.
Heynsin sözlərinə görə, qısa müddətdə Vladimir Putin Donetsk və Luqansk vilayətlərini ələ keçirmək, Xerson şəhərinə nəzarəti ələ keçirmək və potensial olaraq tanınmamış Dnestryanıya quru yolunu genişləndirmək istəyir. Amma kəşfiyyat ictimaiyyəti hesab edir ki, Dnestryanıya çatmaq üçün Putin Rusiya daxilində tam səfərbərlik aparmalı olacaq, ancaq hələ bunu etməyib.
“Həm Rusiya, həm də Ukrayna hərbi sahədə irəliləyişə davam edə biləcəklərinə inandıqlarına görə ən azı qısamüddətli perspektivdə əlverişli danışıqlar yolu görmürük”, - deyə Hayns bildirib.
Xatırladaq ki, aprelin ortalarında Rusiya “xüsusi əməliyyat”la daha bir məqsədlərinin Ukraynanın cənubunun ələ keçirilməsi və Dnestryanı ilə sərhədə çıxış olduğunu açıqlayıb.

-
Magazin209:00
Kosmosda ilk konserti verməkdən imtina etdi - Səbəbi bu imiş
-
Hadisə08:37
Adnan Əhmədzadə həbs olunub? - Şok iddia
-
ABŞ08:10
Trampdan qərar: ABŞ-da xarici işçilərə illik 100 min dollar rüsum tətbiq ediləcək
-
Sağlamlıq06:46
Alimlərdən şad xəbər: Bu xəstəlik tarixə qovuşacaq
-
İdman04:50
İspaniya klublarının maaş həddi: “Real”la “Barsa” arasında uçurum var
-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı