Dünya
Aİ sanksiyaları pozmadan Rusiya qazını BU YOLLA əldə edəcək
Avropa İttifaqı qaz idxalçılarına Rusiya yanacağını alarkən sanksiyaları pozmamağa və Rusiya Prezidenti Vladimir Putinin rublla ödəniş tələblərini “səmərəli şəkildə yerinə yetirməyə” imkan verəcək həll yolu təklif edəcək.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa Komissiyası şirkətlərdən mövcud müqavilələr üzrə avro və ya dollarla ödəniş edərkən öhdəliklərini yerinə yetirilmiş hesab etdikləri barədə dəqiq açıqlama vermələrini istəyəcək. Aİ-nin icra orqanı qapalı iclasda hökumətlərə bildirib ki, rəhbərlik şirkətlərə “Qazprombank” da hesab açmağa mane olmur və sanksiyalara uyğun olaraq qaz almağa icazə verir.
“Digər əsas məqam ondan ibarətdir ki, Avropa şirkətləri avro və ya dollarla ödəniş etdikdən və öhdəliklərini yerinə yetirdiklərini bəyan etdikdən sonra Rusiya tərəfdən ödənişlə bağlı əlavə addımlar tələb olunmamalıdır” - “Bloomberg” yazıb.
Daha əvvəl bildirilib ki, Avropa Komissiyası Rusiyadan tədarükün dayandırıldığı halda hökumətlərə istehlakçılar üçün qaz qiymətlərini məhdudlaşdırmağa icazə verməyi planlaşdırır.
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir































