Dünya
Rusiyadan Azərbaycana uçuşlar artıb
Rusiyadan Azərbaycana uçuşların sayı artıb.
Publika.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb.
Qeyd edilir ki, yay mövsümü ərəfəsində Federal Hava Nəqliyyatı Agentliyi Rusiya aviadaşıyıcıları üçün xaricə uçuşlar üçün 53 icazə verib. Əgər əvvəlki illərdə Avropa kurortlarına uçuşlar öndə idisə, hətta COVID-19 pandemiyasının tüğyan etdiyi İtaliyaya uçuşlara icazə verilirdisə, indi siyahıda qonşu ölkələr, ilk növbədə, Qafqaz və Mərkəzi Asiya, Azərbaycandan Qırğızıstanadək bir sıra ölkələr üstünlük təşkil edir.
“Utair” və “İr Aero” Azərbaycana uçuş icazəsini Sankt-Peterburqdan, “Utair”, “Aeroflot” və “Rossiya” isə Moskvadan alıblar.
Rusiya martın 9-dan Azərbaycana uçuşlar üçün koronavirusla bağlı məhdudiyyətləri aradan qaldırıb. Aviareyslər “Hava daşımalarına dair hökumətlərarası saziş"lər çərçivəsində həyata keçirilir.
Qeyd edilir ki, siyahıdakı turistik ölkələrin sayı o qədər də çox deyil. Bunlar Türkiyə, Tailand, Vyetnam və digərləridir.
Türkiyəyə ən çox “Utair” icazə alıb - Moskvadan Antalyaya həftədə 7 dəfə uçuşlar üçün aviadaşıyıcı həm də Samara, Ufa, Tümen, Surqut və Yekaterinburqdan kurorta uça biləcək; Ufa və Samaradan da daşıyıcıya İstanbula uçmağa icazə verilir.
Tailand istiqamətində uçuşları Uzaq Şərqdən “Red Wings” aviaşirkəti həyata keçirir. Vladivostokdan Pxuket və Banqkoka, Xabarovskdan Banqkoka uçuşlara icazə verilib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)