Dünya
Alimlərdən TƏHLÜKƏLİ İDEYA: qədim mikrobların olduğu kristal açılsa... - VİDEO
Qərbi Virciniya Universitetinin (ABŞ) geoloqları monumental niyyət elan ediblər: elm adamları 830 milyon illik qaya duzu kristalının içərisində sıxışıb qalmış prokaryotların və yosunların qədim hüceyrələrini buraxmağı planlaşdırır.
Publika.az">Publika.az xəbər verir ki, "Ridus" məlumat yayıb.
Qeyd olunub ki, qədim mikroorqanizmlər hələ də canlı ola bilər, ona görə də fikir həm maraqlı, həm də çox təhlükəlidir. Bununla belə, alimlər bu addımı atmağa qərar verdikləri zaman hansı ehtiyat tədbirlərini görəcəklərini açıqlayıblar.
Başlamaq üçün komanda bir sıra təsvir üsullarından istifadə edib və "halit "kimi tanınan 830 milyon illik qaya duzu blokunun içərisində yaxşı qorunmuş üzvi maddələr tapıb.
Qeyd olunub ki, daşın içərisində də yaxşı qorunan maye orqanizmlərin sağ qalmasına kömək edib.
Alimlər iddia edirlər ki, bu canlı obyektlər hazırda Yer kürəsində yaşayan prokariot və yosunların hüceyrələrinə qeyri-adi dərəcədə bənzəyir.
Qeyd edək ki, kristalın içərisində qabarcıq görünür. Məhz maye ilə dolu bu kiçik boşluqda tədqiqatçılar potensial həyatın əlamətlərini aşkar ediblər.
Əvvəlki iş mikroskopik həyatın yüz milyonlarla il canlı yata biləcəyini göstərdiyinə görə, komanda bu üzvi obyektlərin ölmədiyinə çox ümid edir. Ancaq bu olduqca təhlükəli bir işdir, çünki 830 milyon illik canlıların müasir dünyada necə davranacağı məlum deyil.
"Bu fikir həqiqətən pis "B-film" kimi səslənir, lakin illər ərzində biz daşın ən təhlükəsiz şəkildə necə açılacağını anlamaq üçün ətraflı iş görürük", - bu barədə araşdırmanın müəllifi Kathy Bennison bildirib.
Digər alimlər Bennison ilə razılaşıblar ki, əgər diqqətlə və düzgün yerinə yetirilərsə, bu şücaət dəhşətli nəticələrə səbəb olmamalıdır. Axı, insandan yüz milyonlarla il böyük olan bir orqanizm, bizə hansısa qədim xəstəlik yoluxdurmaq və ya başqa bir zərər vermək üçün ətraf mühitimizə çətin ki, yaxşı uyğunlaşar.
Bioloqların qənaətinə görə, heç vaxt insan görməmiş orqanizmlər çətin ki, bizə nüfuz edə bilsinlər. Olar sadəcə olaraq belə bir mexanizm hazırlamayıblar.
Daşın açılışı yaxın gələcəkdə planlaşdırılır.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO































.jpg)


