Dünya
Oğlu Zelenskiyə hərbi məsləhətlər verir
Vladimir Zelenski uşaqları ilə Ukrayna böhranı mövzusunda açıq danışır.
Publika.az">Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya deyib.
Ukraynanın birinci xanımı deyib ki, övladları (17 yaşlı Aleksandra və 9 yaşlı Kirill) baş verənlərdən xəbərdardırlar və Kirill hətta atasına Ukrayna Silahlı Qüvvələrinin necə hərəkət etməli olduğunu deməyə cəhd göstərir.
Zelenskayanın sözlərinə görə, prezident uşaqları ilə münaqişə haqqında danışarkən həmişə dürüst olmağa çalışır:
“Böyük qızımla hər şey daha asandır, o, artıq yetkindir. O, hər şeyi oxuyur, hər şeyi görür və bilir ki, münaqişəyə son qoymaq üçün hansı qələbələrə nail olmaq lazımdır. Oğlumla hər şey başqa cürdür, o, böyüyən politoloqdur, hər şeyi bilir, nəyi əldə etmək lazım olduğuna dair hərbi məsləhətlər verir. Və o öz atasına məsləhət verir... Hansı tanklar, təyyarələr, helikopterlər almalıyıq. Hansı ölkələr bizə pis kömək edir, hansı ölkələr bizə yaxşı kömək edir. O, hərbi ekspertdir, onunla bu mövzuda aylarla danışmaq olar”.
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı








.jpg)




.jpg)
.webp)



















