Dünya
Türkiyəyə getmək istəyən turistlərin NƏZƏRİNƏ!
Türkiyə əcnəbi vətəndaşlara verilən turistik oturum icazələrinin verilməsini dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat Türkiyə hökumətinin miqrasiya məsələləri üzrə yeni tədbirlər planında öz əksini tapıb.
Qeyd olunub ki, 10 fevral 2022-ci il tarixindən sonra Türkiyəyə səfər edən əcnəbi vətəndaşlar, əvvəlcədən aldıqları vizada göstərilən tarixədək ölkə ərazisində qala bilər.
Həmçinin, həmin tarixdən sonra (10 fevral 2022-ci il) ilk dəfə 6 ay, 1 il yaxud 2 illik oturum icazəsi almaq üçün Türkiyənin müvafiq miqrasiya idarələrinə müraciət edən əcnəbilərin müraciətləri rədd olunacaq.
Habelə, Türkiyədə təhsil almaq üçün bu ölkəyə köçən xarici ölkə vətəndaşları üçün birmənalı olaraq tələbə vizası almaq məcburi xarakter daşıyacaq.
Eyni hal həmçinin tibbi viza ilə Türkiyəyə köç edən xarici ölkə vətəndaşlarına da şamil ediləcək.
Bununla yanaşı, ölkənin böyük şəhərlərində (İstanbul, Ankara, İzmir başda olmaqla -red.) 75 min ABŞ dolları, digər şəhər və bölgələrdə isə 50 min dollar dəyərindən ucuz ev satın alan xarici ölkə vətəndaşlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı - "kupça" əsasında oturum icazələrinin verilməsi dayandırılıb.
Bununla belə ev kiralələyən əcnəbilərin, yerli miqrasiya orqanına oturum almaq məqsədilə müraciət etməsi üçün ev sahibi (sahibəsi) ilə notarial qaydada kirayə haqqında müqaviləni təsdiq etməsi lazım gələcək.
Artıq bir neçə böyük şəhərin 1 200 məhəllə və səmtlərində ölkənin Miqrasiya İdarəsi tərəfindən əcnəbi sıxlığının qarşısını almaq məqsədilə oturum icazələrinin verilməsi tamamilə dayandırılıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO































.jpg)


