Dünya
Türkiyədə meşə yanğını yenidən ALOVLANDI "Təxribat şübhələri var" - YENİLƏNDİ
"Külək və temperaturun artması yanğını yenidən alovlandırdı".
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Kənd Təsərrüfatı və Meşə Naziri Vahit Kirişçi Marmarisdə baş verən meşə yanğını ilə bağlı danışarkən deyib.
Nazir deyib ki, yanğınla mübarizənin çətin şərtlər altında davam edir.
Kirişçi hazırda sahədə 2 600 şəxsi heyyətin çalışdığını bildirib. O, həmçinin deyib ki, havadan müdaxilə üçün istifadə edilən vasitələrin sayı 41-ə çatıb.
"Ehtiyat tədbiri olaraq 151 nəfərin evlərindən təxliyə edilib. Yanğınla bağlı təxribat şübhələri də var", - nazir deyib.
xxx
21:06
Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda baş verən meşə yanğını böyük ölçüdə nəzarət altına alınıb.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi bildirib.
O, daxili işlər naziri Süleyman Soylu ilə birgə yanğınla mübarizəni bilavasitə bölgədən izləməyə davam edir.
Nazirin sözlərinə görə, yanğınla mübarizəyə 20 helikopter və 14 təyyarə cəlb edilib.
Qeyd edək ki, yanğın iyunun 21-də saat 20.00 radələrində başlayıb və küləyin təsiri ilə ətrafa yayılıb.
xxx
03:43
Türkiyənin Muğla vilayətində yerləşən meşəlik ərazilərdə üç fərqli nöqtədə eyni zamanda yanğın baş verib.
Publika.az xəbər verir ki, hadisə ilə bağlı məlumat verən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi hazırda yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyini bildirib.
Son məlumata əsasən, güclü külək səbəbindən yanğını nəzarət altına almaq mümkün deyil. Havanın qaralması ilə təyyarə və helikopterlərin yanğına müdaxiləsi də çətinləşib. Yanğının baş verdiyi bölgəyə gedən yollar nəzarət altına alınıb, əraziyə girişlər qadağan olunub.
Bölgəyə çox sayda yanğınsöndürən maşın və 600-ə yaxın canlı qüvvə cəlb olunub.
Hidrometeoroloqlar iyunun 22-i günorta saatlarından etibarən küləyin təsirinin artacağını proqnozlaşdırırlar. Bu səbəbdən çox sayda helikopter və təyyarə ilə havadan söndürmə işlərinin aparılması planlaşdırılır.
Hadisə ilə bağlı Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) verilən son açıqlamada ölkənin Burdur, Aydın, Dənizli və Antalya vilayətlərindən mütəxəssislərin bölgəyə cəlb edildiyi, Afyonkarahisar, Kütahya, İzmir və Uşakda yerləşən qrupların isə həyəcan vəziyyətinə gətirildiyi bildirilir.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ilə daxili işlər naziri Süleyman Soylu yanğın ilə bağlı işləri araşdırmaq üçün bölgəyə hərəkət ediblər.
xxx
23:49 - 21.06.22
Türkiyənin cənubunda yerləşən Marmarisdə böyük meşə yanğını baş verib,
Publika.az">Publika.az Muğla vilayətinin regional meşə təsərrüfatı idarəsinə istinadla xəbər verir.
Yanğın yerli vaxtla saat 19.58-də baş verib. Onun söndürülməsinə iki helikopterin cəlb olunduğu, lakin güclü küləyin əsməsi səbəbindən yanğının genişlənməkdə davam etdiyi qeyd edilir.
Birinci mərhələdə həm qurudan, həm də havadan yanğınsöndürmə briqadaları yanğınla mübarizəyə qoşulub.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı










.jpg)














.jpg)



.jpg)

