Dünya
Yaponiya hökuməti tam tərkibdə istefa verdi
Avqustun 10-da Yaponiya hökuməti Nazirlər Kabinetində yeni təyinatlar ərəfəsində tam tərkibdə istefa verib.
Publika.az Baş nazirin dəftərxanasına istinadla xəbər verir ki, Nazirlər Kabinetinin xüsusi iclasında bununla bağlı nazirlərin təqdim etdiyi ərizələr Fumio Kişida tərəfindən qəbul edilib. Yaxın vaxtlarda hökumətin yeni tərkibinin elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, Yaponiyada hökumətin tam tərkibdə istefa verməsi, Nazirlər Kabinetinin tərkibində dəyişikliklər ərəfəsində həyata keçirilən ənənəvi prosedurdur. İstefa verən nazirlər yeni kabinet formalaşanadək vəzifələrini formal olaraq həyata keçirirlər. Hökumətin yeni tərkibində xarici işlər naziri Yoşimasa Hayaşinin və Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunonun öz vəzifələrini saxlayacağı gözlənilir. Bununla yanaşı, müdafiə naziri Nabuo Kişinin Baş nazirin təhlükəsizlik məsələləri üzrə müşaviri təyin olunacağı bildirilir. Onun yerinə isə 2008-2009-cu illərdə ölkənin müdafiə naziri olmuş Yasukazu Hamadanın təyin olunacağı qeyd edilir.
F.Kişidanın hakim Liberal Demokratik Partiyanın (LDP) rəhbərliyində də dəyişikliklər aparacağı bildirilir. Əsas belə dəyişiklik kimi iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiudanın LDP siyasi şurasının rəhbəri vəzifəsinə gətiriləcəyi qeyd edilir. Mütəxəssislərin rəyinə görə, bu vəzifə üç nazir portfelinə bərabərdir. Onun yerinə isə Yasutoşi Nişimuranın təyin ediləcəyi bildirilir. Hazırda LDP-nin siyasi şurasına rəhbərlik edən və sabiq Baş nazir Şinzo Abenin yaxın adamlarından biri hesab edilən Sanae Takaiçinin iqtisadi təhlükəsizlik naziri təyin olunacağı gözlənilir.
Əlavə olaraq bildirək ki, Yaponiyada son üç həftə ərzində Nazirlər Kabinetinin reytinqi 10 faizədək aşağı düşüb. Bunun səbəbi kimi, ilk növbədə ölkə daxilində baş verən proseslər – inflyasiya və siyasətçilərin “Birlik kilsəsi” ilə şübhəli əlaqəsi göstərilir. Buna baxmayaraq, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdıqdan sonra hökumətin xarici siyasətdə dəyişikliklər aparacağı gözlənilmir.
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA





















.webp)









.jpg)

.jpg)