YENİ VİRUS HƏYƏCANI: "Bu, qlobal xəbər ola bilərdi, amma..."
Bizi izləyin

Dünya

YENİ VİRUS HƏYƏCANI: "Bu, qlobal xəbər ola bilərdi, amma..."

"COVID-19 pandemiyasından əvvəl dünyada 86 milyon quşun ölümü qlobal xəbər olardı, amma indi deyil".

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Bildirilib ki, iyunun 5-də Şotlandiyada quşlardan birində quş qripinin ilk əlamətləri aşkarlanıb. O vaxtdan bəri virus qoruqdakı minlərlə quşu məhv edib.

Qripin H5N1 virusunun yüksək patogenli ştamı olduğu bilinir. 2021-ci ilin yazında ev quşlarında və çöl quşlarında ilk kəşfindən bəri bu yeni növ yalnız ABŞ və Avropada 86 milyondan çox quşu öldürüb. Əsasən kütləvi şəkildə kəsilmə yolu ilə quşların məhv edilməsi halları aşkarlanıb.

Avropa Qida Təhlükəsizliyi Təşkilatı 2021-2022 epidemiya mövsümünün qitədə indiyədək qeydə alınan ən böyük epidemiya mövsümü olduğunu bildirib.

Yüz minlərlə çöl quşunun, xüsusilə sıx koloniyalarda yaşayan dəniz quşlarının da yoluxduğu bildirilir. Dənizdə xəstəliyin yayılması üçün optimal şərait var.

Alimlər deyirlər ki, vəhşi quş növləri arasında ötürülmə səviyyəsi görünməmiş səviyyədədir. Əvvəlki ştamlar qışın sonuna qədər yoxa çıxmazdan əvvəl bir neçə növə təsir göstərsə də, indiki ştam yüzlərlə növə yoluxmuş və il boyu populyasiyalarda qalmaqdadır.

Şotlandiyada dəniz quldurları kimi tanınan yırtıcı quşlar olan böyük skuaların təxminən 60%-i yaşayır. Mühafizəçilər xəbərdarlıq edirlər ki, ölüm miqyası yerli növlərin yox olmasına səbəb ola bilər.

"COVID-19-dan əvvəlki dünyada bütün bunlar əsas qlobal xəbər ola bilərdi. Ancaq pandemiya, Rusiyanın Ukraynaya hücumu, yaxınlaşan tənəzzül və insanlar üçün daha böyük təhlükə yaradan başqa bir yoluxucu xəstəlik - meymun çiçəyi belə məlumatları kölgədə qoyur", - FT yazır.

Şotlandiyanın Şimali Bervik şəhərindəki Şotlandiya Dəniz Quşları Mərkəzinin icraçı direktoru Susan Davies deyir: "Mən 30 ildir təbiəti mühafizə sənayesində işləyirəm və heç vaxt belə bir şey görməmişəm".

Mərkəz illərdir dünyanın ən böyük gannet koloniyasına ev sahibliyi edən və hazırda ən böyük H5N1 epidemiyalarından birinin yeri olan Bass Roka səfərlər təşkil edir. 2020-ci ilin iyunundan 2020-ci ilin sentyabrına qədər Bass Roku müqayisə edən dron şəkilləri fəlakətin miqyasını göstərir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm