Dünya
Ağ Ev Konqresdən 47 milyard dollar ayrılmasını xahiş etdi
Dünən Ağ Ev ABŞ Konqresinə müraciət edərək 47 milyard dollardan artıq məbləğdə təcili xərclərin bəyənilməsini xahiş edib. Bu məbləğ COVID-19-dan və meymunçiçəyindən başlamış Ukraynada müharibə və Kentukkidə daşqınlara qədər bir sıra problemlərin həlli üçün nəzərdə tutulur.
Publika.az xəbər verir ki, qarşıdan gələn aralıq seçkilər ərəfəsində demokratlar Senata nəzarəti əldə saxlamaq və Nümayəndələr Palatasında gözlənilən yer çatışmazlığını aradan qaldırmaq baxımından özlərini daha nikbin hiss edirlər.
Prezident Co Bayden səhiyyə sahəsində yeni təşəbbüslər üçün 22,4 milyard dollar ayrılmasını xahiş edib. Bu məbləğ koronavirusa qarşı mübarizəyə və əhalini sürətlə yayılmaqda olan meymunçiçəyindən qorumağa yönəldiləcək. Ağ ev ümidvar olduğunu bildirib ki, bu həftə başa çatan ABŞ-ın bütün sakinləri üçün pulsuz COVID-19 testləri proqramı yenidən bərpa olunacaq.
Davam etməkdə olan Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar Ukraynaya kömək üçün Ağ Ev daha 11,7 milyard dollar xahiş edib. Bu vəsait təhlükəsizliyin təmin edilməsinə və iqtisadi yardıma sərf ediləcək. Bayden administrasiyasının nümayəndəsi deyib: “Biz Ukrayna xalqını dəstəkləmək və demokratiyanı qorumaq üçün bütün dünyanı birliyə çağırmışıq. Biz Ukraynaya bu dəstəyin tükənməsinə sadəcə yol verə bilmərik”.
(azərtac)
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)