Dünya
Zelenskinin xanımı BMT-nin iclasında: Quterreşlə görüşü təsdiqləndi
Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katib Antonio Quterreşin sentyabrın 20-də Ukraynanın baş naziri Denis Şmıqal və prezident Volodimir Zelenskinin həyat yoldaşı ilə görüşdüyünü təsdiqləyib.
Publika.az xəbər verir ki, RİA Novosti yazır .
“Baş katib bu gün Ukraynanın baş naziri Denis Şmıqal, Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb”, - təşkilatın məlumatında deyilir.
Görüş zamanı BMT-nin baş katibi və Ukraynanın baş naziri ölkədəki vəziyyəti, o cümlədən münaqişənin humanitar böhrana, insan hüquqlarına və nüvə təhlükəsizliyinə təsirini müzakirə ediblər. Eyni zamanda, Zelenskinin həyat yoldaşı Ukraynanın müharibədən zərər çəkmiş qadın və uşaqlarının qorunmasının vacibliyini bəyan edərək, “Baş katib BMT-nin Ukraynaya davamlı humanitar yardım göstərməsinə tam dəstəyi bir daha təkrarladı”, - deyə BMT-nin bəyanatında vurğulanır.
Quterreş Ukraynaya Qara dəniz taxıl sazişinin həyata keçirilməsini asanlaşdırdığına görə təşəkkür edib və BMT-nin dünyada ərzaq böhranının qarşısını almaq üçün səy göstərməyə hazır olduğunu açıqlayıb.
Bundan əvvəl Zelenskinin həyat yoldaşının BMT Baş Assambleyasında çıxış etdiyi bildirilirdi. Lakin Şmıxal nümayəndə heyətinin digər üzvləri kimi jurnalistlərin suallarını cavablandırmayıb.
Hüseyn İbadlı
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO































