Dünya
Futbol meydançasında FACİƏ: izdihamda 129 nəfər ÖLDÜ - VİDEO
İndoneziyada futbol meydançasında baş verən kütləvi davada çoxsaylı ölüm qeydə alınıb.
Bu barədə Publika.az CNN-ə istinadla xəbər verir.
İğtişaşlar və izdihamlar nəticəsində azı 129 nəfər həlak olub.
Faciə Şərqi Yavanın Malanqa şəhərindəki stadionda iki komandanın - "Persebaya Surabaya" və "Arema" FC arasında keçirilən matçdan sonra baş verib. Məğlub olan komandanın azarkeşləri meydana axışıblar.
Azarkeşlər çıxışa qaçarkən polis gözyaşardıcı qazdan istifadə edib və izdiham yaranıb. Bu da azarkeşlər arasında boğulma hallarına gətirib çıxarıb.
"Əvvəlcə iğtişaş baş verdi. Sonra anarxiyaya çevrildi. Onlar (azarkeşlər - red.) zabitlərə hücum etməyə başladılar, maşınlara ziyan vurdular", - Şərqi Yava polisinin rəisi Niko Afinta bildirib.
İğtişaşlar nəticəsində 129 nəfər, o cümlədən, qadın və uşaqlar, həmçinin iki polis əməkdaşı həlak olub, daha 180 nəfər yaralanıb. Bu, futbol meydançasında baş verən ən böyük faciə sayılır.
İndoneziyanın İdman və gənclər naziri Zainudin Amali insidentin ətraflı araşdırılması barədə göstəriş verib.
Hüseyn İbadlı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)