Dünya
OPEC+-un hasilatı azaltmasının nəticəsi: ABŞ kimdən və necə qisas alacaq?
OPEC+ üzvlərinin hasilatı azaltmaq qərarı qlobal iqtisadiyyata müsbət təsir edəcək və bazarları gücləndirəcək.
Publika.az xəbər verir ki, bu fikri Bəhreynin neft və ekoloqlar naziri Mübarək bin Dina bildirib .
Nazir vurğulayıb ki, OPEC+-da sazişlər konsensusla qəbul edilib.
Onun sözlərinə görə, qərar qəbul etməzdən əvvəl qurumun texniki qrupu dünya neft bazarı ilə bağlı araşdırmalar aparıb.
"Qərar sırf iqtisadi mülahizələr əsasında qəbul edilib ", - Mübarək bin Dina bildirib.
Nazir əmin edib ki, təşkilatın növbəti iclaslarında bazar sabitliyi üçün bütün iqtisadi hadisələr öyrəniləcək.
Xatırladaq ki, oktyabrın 5-də OPEC+ ölkələri noyabrdan neft hasilatını əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəliblər. Onlar hasilatı avqustda təsdiq edilmiş kvotadan gündə iki milyon barel azaldacaqlar.
Amerika mətbuatı ABŞ Konqresinin neft hasilatını azaltdığına görə ərəb ölkələrindən necə qisas alacağını düşündüyünü yazıb. Qisas variantlarından biri qoşunların Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən çıxarılması təklifi idi.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, OPEC+-ın neft hasilatını azaltmaq qərarı sağlam düşüncənin qələbəsidir. O, həmçinin Avropa ölkələrində enerji böhranına “əllərini isidən” amerikalıları qazı baha qiymətə satmaqda günahlandırıb.
Oktyabrın 12-də Respublikaçılar Partiyasının Milli Komitəsinin keçmiş sözçüsü Mett Qorman bildirib ki, Demokratlar partiyası Co Baydenin səriştəsizliyi ilə bağlı artan ritorika səbəbindən ABŞ Konqresinə noyabr seçkilərində məğlub ola bilər.
Hüseyn İbadlı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)