Dünya
Hindistanda asma körpü uçdu, 141 nəfər öldü - VİDEO/YENİLƏNDİ
Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində ölənlərin sayı 141-ə yüksəlib.
Publika.az xəbər verir ki, bu barədə yerli NDTV məlumat yayıb.
Bildirilib ki, itkin düşənlərin axtarışı davam edir. Ölənlərin sayının artacağı istisna edilmir.
xxx
23:31
Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində ölənlərin sayı 90-ı ötüb.
Publika.az xəbər verir ki, bu barədə yerli NDTV telekanalı məlumat yayıb.
Bildirilib ki, 91 nəfər faciənin qurbanı olub. 70 nəfər yaralanıb və xəstəxanalara aparılıb.
Körpü üzərində 500-ə yaxın insan olan zaman dağılıb. 100-dən çox insan su altında qalıb.
Faciə yerində olan mənzil tikintisi və kənd rayonlarının inkişafı naziri Briceş Merca bildirib ki, ölənlərin əksəriyyəti qadınlar və uşaqlar, eləcə də qocalardır.
xxx
Bu gün axşam saatlarında Hindistanın Qucarat ştatında Maççu çayı üzərində asma körpü uçub.
Publika.az xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 60 nəfər həlak olub.
Qucaratın daxili işlər naziri Harş Sanqavi 70-dən çox insanın xilas edilərək xəstəxanaya aparıldığını bildirib.
O, həmçinin əlavə edib ki, xilas edilənlərin əksəriyyətinin həyatı üçün təhlükə yoxdur.
Hüseyn İbadlı
#WATCH | Several people feared to be injured after a cable bridge collapsed in the Machchhu river in Gujarat's Morbi area today. Further details awaited. pic.twitter.com/hHZnnHm47L
— ANI (@ANI) October 30, 2022
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)