Dünya
“Türkiyə ilə İŞİD neft alış-verişi edir”
ABŞ-ın ciddi qəzetlərindən olan “Nyu York Tayms” İŞİD-lə qara bazarda neft alqı-satqısından yararlanan çoxlu sayda türkün arasında dövlət adamlarının da ola biləcəyini iddia edib.
Publika.az xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının Türkiyə ilə birgə hərəkət etməsi və əməkdaşlığına dair iddialara biri də əlavə olunub.
Belə ki, “Nyu York Tayms” qəzetinin dünənki buraxılışında ABŞ-ın NATO-dakı müttəfiqi Türkiyəni əməkdaşlığa razı salmadığına, bu səbəbdən də İŞİD-in milyonlarla dollarlıq neft qaçaqmalçılığının qarşısını ala bilmədiyinə dair xəbər yayımlanıb.
Hökumət adamlarına və bəzi mütəxəssislərə istinad edilən xəbərdə İŞİD-in ucuz neft ticarətində Türkiyənin cənubunu vacib bir bazar yeri kimi istifadə etdiyi bildirilib. Hətta bu qara bazar ticarətindən bəzi hökumət adamlarının də xeyri ola biləcəyi iddia edilib.
“Nyu York Tayms” qəzeti İŞİD-in İraqda nəzarət etdiyi torpaqlarda gündə 25-40 min barel arası neft istehsal etdiyi və bunun da qara bazarda qarşılığının 1 milyon 200 min dollar dəyərində olduğu diqqət cəlb edir.
Hökumət adamları xeyir güdür
Türk hökumət adamlarının qaçaqmalçılığın qarşısını almaqda həvəsli olmadıqları vurğulanan xəbərdə “Heritage Foundation” araşdırma qurumundan Ceyms Filips İŞİD-in qara bazar neftindən yararlanan çoxlu sayda türkün arasında hökumət adamlarının da ola biləcəyinə diqqət cəlb etdiyini bildirib.
Koalisiya tənliyinin həlli
“Nyu York Tayms” xəbərində xarici siyasət mütəxəssisi Juan Zaratenin də fikirlərinə yer verib: “Türkiyə bu koalisiya tənliyinin həllidir. Bu, böyük bir xəyalqırıqlığıdır. Söhbət qabaqcıl NATO ölkələrinin birindən gedir (Türkiyə - red.), amma İŞİD-ə buraxılan pul, yaraqlı dəstəyini kəsməyə niyyəti varmı-yoxmu bəlli deyil” deyib.
Vüsal Tağı
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?























.jpg)











