Dünya
Rusiya neftinin Aİ-yə idxalına embarqo QÜVVƏYƏ MİNDİ
Dekabrın 5-də Rusiya neftinin Aİ və Böyük Britaniyaya idxalına embarqo qüvvəyə minib və G7 ölkələri tərəfindən Rusiya Federasiyasından yanacaq qiymətlərinə tətbiq edilən tavan tətbiq olunmağa başlayıb.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, G7, Avstraliya və Avropa İttifaqı qiymət tavanının bir barel üçün 60 dollar müəyyən edilməsinə razılaşıb. Bu tədbir təkcə “Drujba” neft kəməri ilə yanacaq tədarükünə şamil edilmir.
Qeyd edək ki, tətbiq edilən tədbirlər artıq özünü hiss etdirib. Məsələn, Aİ Rusiyadan gələn neftin qiymətini məhdudlaşdırdıqdan sonra dizel qıtlığı ilə üzləşib.
Yanacağın qiymətlərinə tavanın tətbiqi bir çox siyasətçilər və ictimai xadimlər - Rusiya və xaricilər tərəfindən tənqid edilib. Amerikanın "The Hill" qəzeti yazıb ki, neftin qiymətinin tavanı Qərbi tarixi fiasko ilə təhdid edir .
Rusiya tərəfi qeyd edib ki, Qərbin qoyduğu neftin qiymətinin məhdudlaşdırılması ilə razılaşmaq niyyətində deyil. Moskva vurğulayıb ki, Avropa İttifaqı öz hərəkətləri ilə onun enerji təhlükəsizliyini təhlükə altına alıb və indi Rusiyanın qara qızılından məhrum olacaq.
Aİ-nin sanksiyalarına gəlincə, bazar ertəsindən etibarən səkkizinci paketdən olan tədbirlərə əsasən, Rusiya neftinin dənizdən Avropaya tədarükü qadağandır. Eyni zamanda, neft məhsullarının tədarükünə qoyulan embarqo yalnız 2023-cü il fevralın 5-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Qərb sanksiyaları tətbiq olunana qədər Rusiya Avropanın neftə olan tələbatının demək olar ki, 20%-ni ödəyirdi.
Rusiya lideri Vladimir Putin deyib ki, Moskva sağlam düşüncəyə zidd hərəkət etməyəcək və enerji resurslarını ölkələrə onların müəyyən etdiyi qiymətlərlə təmin etməyəcək.
Və Rusiya Federasiyasının Baş nazirinin müavini, energetika naziri Aleksandr Novak qeyd edib ki, Avropa sanksiyalarının tətbiqi Rusiya Federasiyasına demək olar ki, heç bir təsir göstərməyəcək, çünki Rusiya yanacağına tələbat Avropa İttifaqı tərəfindən məhdudiyyətlər tətbiq edildikdən sonra da qalacaq.
Hüseyn İbadlı
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.png)
















.jpg)
.jpg)





