Dünya
İran indi də Hörmüzdə qonşularını qorxudur: Təlimə başladı
Tehran Fars körfəzində Hörmüz boğazı sularında hərbi təlimlər keçirir. Bunu İran İslam Respublikası Ordusu komandanının müavini Həbibullah Sayari deyib.
Publika.az xəbər verir ki, onun sözlərini “Radio Farda” sitat gətirir.
İran ordusu piyada, zirehli bölmələr, İran Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin iştirak etdiyi təlimlərin əməliyyat mərhələsinin dekabrın 30-u səhər saatlarında başladığını vurğulayıb. Qeyd edilib ki, döyüş pilotsuz uçuş aparatları (PUA) ordunun manevrlərində fəal iştirak edib. Nəşr yazır ki, Tehran Hörmüz boğazında İran ordusunun təlimlərini “Zülfiqar 1401” adlandırıb.
2021-ci ildə Amerikanın “The Sun” qəzeti üçüncü dünya müharibəsinin başlaya biləcəyi yerləri göstərən dünya xəritəsini çəkdi. Müəlliflərin fikrincə, Hörmüz boğazının sularında qlobal dünya hərbi münaqişəsi başlaya bilər. Bundan əvvəl İran Hərbi Dəniz Qüvvələrinə məxsus 13 gəmi Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə yaxınlaşdıqdan sonra ABŞ Sahil Mühafizəsinin gəmisi təxminən 30 xəbərdarlıq atəşi açıb.
Ayşən
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)