Dünya
ABŞ Çinə xəbərdarlıq etdi: Moskvanın tərəfini tutanlar...
ABŞ Dövlət Departamentinin sözçüsü cümə günü Si Cinpin və Vladimir Putin arasında telefon danışığını dəyərləndirib və Çinin Rusiya ilə yaxınlaşmasından narahat olduqlarını bildirib.
Publika.az xəbər verir ki, bu barədə bəyanatı CNN məlumat yayıb: "Pekin neytral olduğunu iddia edir, lakin onun davranışı açıq şəkildə göstərir ki, hələ də Rusiya ilə sıx əlaqələrə sərmayə qoyur. ABŞ və Avropa Çini Rusiyaya hərbi yardım göstərməyin nəticələri barədə xəbərdarlıq edib".
Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, Vaşinqton Pekinin fəaliyyətini “yaxından izləyir” və “Ukraynaya qarşı ədalətsiz müharibədə Moskvanın tərəfini tutanlar qaçılmaz olaraq tarixin yanlış tərəfində tapılacaqlar".
“Dünya seyr edir və bilir ki, hansı dövlətlər azadlıq, öz müqəddəratını təyinetmə və suverenliyin əsas prinsiplərini müdafiə edir, hansı dövlətlər Rusiyanın qəsdən və səbəbsiz müharibəsində onun yanında dayanır və ya səssizcə dəstəkləyir”, - deyə departamentin nümayəndəsi yekunlaşdırıb.
Ayşən
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)