Dünya
NATO rəhbərindən YENİ HÜCUM ANONSU: "O, vicdanla hərəkət etməyəcək"
Şimali Atlantika Müqaviləsi Təşkilatı ( NATO ) Rusiyanın Ukraynaya qarşı yeni hücuma hazırlaşdığının əlamətlərini görür.
Publika.az xəbər verir ki, bunu təşkilatın katibi Yens Stoltenberq Seuldakı CHEY Qabaqcıl Tədqiqatlar İnstitutunda çıxış edərkən deyib.
"Prezident Putin və Moskva hakimiyyətinin sülhə hazırlaşdığına dair heç bir əlamət yoxdur. Biz bunun əksini görürük. Biz görürük ki, onlar yeni hücuma hazırlaşırlar, daha çox əsgər, 200 min, bəlkə də daha çox insanı səfərbər edirlər. Onlar fəal şəkildə yeni silahlar, daha çox sursat əldə edirlər. Onlar öz istehsallarını artırır, həmçinin İran və Şimali Koreya kimi digər avtoritar dövlətlərdən daha çox silah alırlar. Və ən əsası, biz prezident Putinin bu işğalın ümumi məqsədini, yəni qonşuya nəzarət etmək, Ukraynaya nəzarəti dəyişməsinə dair heç bir əlamət görmürük, - o bildirib.
Stoltenberq vurğulayıb ki, bu gün heç kim müharibənin nə vaxt bitəcəyini deyə bilməz, lakin Rusiya prezidenti Vladimir Putin müharibəni bu gün bitirə bilər.
Baş katib həmçinin deyib ki, demokratiyaya, qaydalara əsaslanan beynəlxalq nizama inanan hər kəs üçün prezident Putinin bu müharibədə qalib gəlməməsi mütləqdir.
"Çox güman ki, bu müharibə də danışıqlar masası arxasında hansısa mərhələdə bitəcək. Bu gün hərbi dəstək sabah sülh sazişinin əldə olunmasını mümkün edir. Amma nə qədər ki, prezident Putin döyüş meydanında qalib gələcəyinə inanır, o, oturub vicdanla hərəkət etməyəcək. Beləliklə, paradoks ondan ibarətdir ki, əslində Ukraynaya hərbi dəstək müharibənin sülh yolu ilə həllinə nail olmaq üçün ən yaxşı yoldur", - NATO rəhbəri vurğulayıb.
Hüseyn İbadlı
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





























