Dünya
Baş nazir olsaydım, Zelenski ilə... - Berluskoni
Hakim koalisiyaya daxil olan “İrəli İtaliya!” partiyasının lideri Silvio Berluskoni İtaliya mediası ANSA-ya müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskinin davranışını kəskin tənqid edib.
Publika.az xəbər verir ki, o deyib: “Baş nazir olsaydım, Zelenski ilə heç vaxt danışmazdım, çünki biz onun ölkəsinin xarabalığa çevrildiyini, əsgərlərin və mülki əhalinin qətliamının şahidi oluruq”.
Donnbasa hücumu dayandırmaq kifayət edirdi ki, bu müharibə baş verməsin. Ona görə də bu cənabın davranışına çox mənfi münasibət bəsləyirəm”, - deyə Berluskoni bildirib.
O, həmçinin deyib ki, hərbi münaqişəyə son qoymaq üçün ABŞ Kiyevə atəşkəs müqabilində ölkəni bərpa etmək üçün milyardlarla dollarlıq plan təklif etməlidir.
Onun fikrincə, sülhə nail olmaq üçün ABŞ prezidenti Co Bayden Ukrayna prezidentinə deməlidir ki, müharibənin sonunda Ukraynanı bərpa etmək üçün Marşal planı onun sərəncamında olacaq”.
Berluskoni vurğulayıb ki, plan bir şərtlə 6-9 milyard dollara çata bilər. Bu, Ukrayna tərəfində atəşkəs, həmçinin ABŞ-dan maliyyə və silah tədarükünün dayandırılmasını nəzərdə tutur.
“Yalnız bu, bu cənabı (Zelenski) atəşkəsə nail olmağa inandıra bilər”, - o əlavə edib.
Aydan
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





























