Dünya
Aİ Berluskonini baykot edir - Zelenskiyə görə
Avropa İttifaqının (Aİ) doqquz ölkəsindən olan mühafizəkar siyasətçilər İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin iştirakı ilə İtaliyada keçiriləcək mühafizəkarların toplantısını boykot etmək qərarlarını açıqlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb .
Bildirilir ki, siyasətçinin və onun rəhbərlik etdiyi Forza Italia partiyasının boykot edilməsinə səbəb onun Ukrayna prezidenti Vladimir Zelenskini tənqid etməsi olub.
Berluskoninin fikrincə, Ukrayna lideri “Zelenski Donbasdakı iki muxtar respublikaya hücumu dayandırsaydı” Rusiya ilə hərbi münaqişədən qaça bilərdi .
Mühafizəkar Avropa Xalq Partiyasının (EPP) Litvadan olan deputatı Rasa Juknaviciene, " Əgər Berluskoni orada olsa, bir çox nümayəndə heyəti Neapola getməyəcək" deyib.
“Politico” vurğulayır ki, İtaliyanın keçmiş baş nazirinin bəyanatı Avropa Parlamentində bir çox milli mühafizəkar partiyaları, o cümlədən Forza Italia-nı birləşdirən EPP üzvləri də daxil olmaqla, əksər avropalı mühafizəkarların mövqeyi ilə kəskin ziddiyyət təşkil edir.
“Bizim Berluskoni ilə problemimiz var, amma Forza Italia ilə problemimiz yoxdur. Sabahkı plenar iclasda mən Ukrayna ilə bağlı mövqeyimizi tam aydınlaşdıracağam”, - EPP rəhbəri Manfred Veber bildirib .
Aydan
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin

















.webp)
.png)










.jpg)
.jpg)