Dünya
BMT Təhlükəsizlik Şurası toplaşır - Şimali Koreyaya görə
Şimali Koreyanın son raket buraxılışlarına dair BMT Təhlükəsizlik Şurasının iclası bazar ertəsi keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə TASS dünya təşkilatındakı mənbəyə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, iclas saat 15:00-a təyin edilib. Bundan əvvəl Yaponiyanın baş naziri Fumio Kişida bildirmişdi ki, Yaponiya Şimali Koreyanın raket buraxılışları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir.
Yaponiya Müdafiə Nazirliyi daha əvvəl bildirib ki, Şimali Koreya bazar ertəsi səhər özünün qərb sahili ərazisindən iki ballistik raket atıb.
Fevralın 18-də Pxenyan Şimali Hokkaydo adasından 200 km qərbdə, Yaponiyanın eksklüziv iqtisadi zonasına düşmüş “Hvason-15” qitələrarası ballistik raketi buraxıb.
Şimali Koreya lideri Kim Çen In-ın bacısı fevralın 19-da ABŞ və Cənubi Koreyaya xəbərdarlıq edərək, Pxenyanın, “düşmənlərinin hər bir hərəkətini izlədiyini və hər bir düşmən hərəkətinə son dərəcə qətiyyətlə cavab verəcəyini” bildirən bəyanat yayıb.
Ayşən
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi































