Dünya
Stoltenberq SON TARİXİ AÇIQLADI: "Ayrılıram..."
NATO-nun baş katibi Yens Stoltenberq bu ilin payızında istefa verəcəyini təsdiqləyib.
Publika.az xəbər verir ki, o, bu barədə CNN-ə müsahibəsində məlumat verib.
“Mən bu payızda ayrılıram”, - deyən Stoltenberq alyansın rəhbərinə layiqli bir şəxsin gələcəyinə ümid etdiyini bildirib.
Eyni zamanda, o, NATO-ya üzv ölkələr istəsə, postunda qalmağa razı olub-olmayacağı sualına cavab verməkdən imtina edib.
Stoltenberq bildirib ki, hələ baş verməyənlər barədə danışmağın mənası yoxdur və indi o, Ukraynaya kömək etməyə köklənib.
Xatırladaq ki, Stoltenberq 9 ildir ki, vəzifədədir. O, səlahiyyətlərini üç dəfə uzadıb, lakin bu dəfə bunu etmək niyyətində deyil.
Onun mandatı bu ilin sentyabrında başa çatır.
Hüseyn İbadlı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov







.jpg)
























