Dünya
Təbii olanlar süniləşdirilir - 2026-cı ildə...
Belçika Şimal dənizində təxminən altı hektar əraziyə malik dünyanın ilk süni adasını inşa edəcək və onun üzərində külək enerjisi qurğuları yerləşdiriləcək. Onlar dəniz külək fermasını qurudakı elektrik şəbəkəsi ilə birləşdirəcəklər.
Publika.az xəbər verir ki, bu barədə "Offshore Wind" yazır.
Məlumata görə, ada şahzadə Elizabetin adını daşıyacaq. Onun tikintisi üçün tenderdə Can De Nul və DEME qalib gəlib. Onlar Belçika sahillərindən təqribən 45 kilometr aralıda 3,5 GVt gücündə dəniz külək stansiyası tikəcəklər.
Ada beton kesonlarda - qumla doldurulmuş hermetik kameralarda yaradılacaq. Onun üzərində liman və təmir qrupları üçün helikopter meydançası tikiləcək.
Adanın təməli 2024-cü ildə tikilməyə başlayacaq. Bundan sonra, təxminən 2026-cı ildə yüksək gərginlikli infrastruktur quraşdırılacaq. O, külək fermasından materikdəki elektrik şəbəkələrinə elektrik enerjisi verəcək. Gələcəkdə enerji adası Belçikanın Böyük Britaniya və Danimarka şəbəkələrini birləşdirəcək.
Ayşən
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır














.jpg)



















.jpg)

.jpg)