Dünya
Bu ölkədə temperatur rekordu 44,1 dərəcə ilə yeniləndi
Vyetnamda indiyə qədər müşahidə olunan ən isti temperatur qeydə alınıb. Belə ki, temperatur 44 dərəcədən bir qədər çox olub.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər iqlim dəyişikliyinə görə rekordun qısa müddətdə qırılacağı qənaətindədirlər.
Rekord temperatur ölkənin şimalındakı Thanh Hoa bölgəsində hökm sürüb. Regionun digər ölkələrində də çox yüksək temperatur müşahidə olunub.
Bildirilib ki, Myanma mətbuatının məlumatına görə, son 10 ilin ən yüksək temperatur ölkənin şərqindəki bir qəsəbədə 43,8 dərəcə olub.
Hər iki ölkə musson mövsümündən əvvəl isti dövr yaşayır, lakin istilərin intensivliyi əvvəlki rekordları qırıb.
Qeyd edək ki, Vyetnamda əvvəlki temperatur rekordu 43,4 dərəcə idi.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























