Dünya
Çin gəmisi qəzaya uğradı, 39 nəfər itkin düşdü
Çin prezidenti Si Cinpin Çinin "Lu Penq Yuan Yu 028" balıqçı qayığının qəzaya uğraması nəticəsində itkin düşən balıqçıların axtarışı və xilas edilməsi üçün bütün səylərin görülməsini tələb edib.
Publika.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Gəmi qəzası Pekin vaxtı ilə səhər saat 3 radələrində Hind okeanının mərkəzi hissəsində baş verib. Gəminin göyərtəsində 39 nəfərdən ibarət ekipaj olub. Onlardan 17-si Çin, 17-si İndoneziya və 5-i Filippin vətəndaşıdır.
Gəmi "Penglai Jinglu Fishery" şirkətinə məxsus olub və Şandunq əyalətinin limanlarından birində yerləşirdi.
Si Cinpin fəlakət bölgəsinə əlavə xilasedici qüvvələrin göndərilməsi və xilasetmə əməliyyatlarının aparılması üçün beynəlxalq dəniz axtarış-xilasetmə yardımının əlaqələndirilməsi barədə göstəriş verib. Cinpin və Çinin Baş naziri Li Qiang xaricdəki Çin diplomatik qurumlarına, eləcə də kənd təsərrüfatı və nəqliyyat nazirliklərinə balıqçıların mümkün sağ qalanlarının axtarışına köməklik göstərməyi tapşırıblar.
Hüseyn İbadlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























