Dünya
Kim Çen In qızı ilə bunu təftiş etdi
KXDR rəhbəri Kim Çen In ölkənin ilk kəşfiyyat peykinin orbitə buraxılmasına hazırlıq işlərini qızı Kim Çju E ilə birlikdə yoxlayıb.
Publika.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat verib.
Şimali Koreya lideri peykin buraxılmasına hazırlıq komitəsi ilə görüşüb, daha sonra cihazın özünü təftiş edib.
O, “Amerika imperialistlərinin” hücumları ilə əlaqədar hərbi peykin hazırlanmasının vacibliyini də bəyan edib və bildirib ki, peyklərin buraxılması üçün kosmik proqramın hazırlanması ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsinə kömək edəcək.
KXDR lideri onu da vurğulayıb ki, “xalq düşmənlərinin” intriqaları baş verərsə, ölkə öz suverenliyindən və müdafiə hüququndan istifadə edəcək.
Məlumata görə, Kim Çen In işçilərin səylərini yüksək qiymətləndirib, həmçinin peykin lazımi yoxlamalardan keçdiyini və planlaşdırıldığı kimi orbitə buraxılmağa hazır olduğunu bildirib.
Pxenyan buraxılış tarixini açıqlamayıb, lakin Kim Çen In aprel ayında peykin “təyin olunmuş tarixdə” buraxılacağını deyib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
