Dünya
BMT TŞ-nin Ukrayna üzrə iclasına o sədrlik edəcək
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli iyulun 17-də BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasına sədrlik edəcək.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasında sədrliyinin başlamasına həsr olunmuş brifinqdə ölkənin dünya təşkilatındakı daimi nümayəndəsi Barbara Vudvord bildirib.
“İyulun 17-də Ukrayna ilə bağlı iclasa xarici işlər naziri Ceyms Kleverli sədrlik edəcək”.
Bir qayda olaraq, nazirlər səviyyəsində iclaslara BMT Təhlükəsizlik Şurasının digər ölkələrindən nümayəndələr dəvət olunur. Vudvord qeyd edib ki, bir neçə xarici işlər naziri görüşdə iştirak etməyə hazır olduqlarını bildirib, lakin iştirakçıların yekun siyahısı hələ formalaşmayıb.
Jurnalistin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşdə mümkün iştirakı ilə bağlı sualına Böyük Britaniyanın daimi nümayəndəsi deyib ki, o, Sergey Lavrovun görüşə gələcəyinə çox şübhə ilə yanaşır.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq






























