Dünya
Türkiyə ilə münasibətləri inkişaf etdirməliyik - Putin
Rusiya ilə Türkiyə “daha ədalətli və demokratik dünya nizamının qurulması naminə” ikitərəfli münasibətləri inkişaf etdirəcəklər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Türkiyənin 29 Oktyabr – Cümhuriyyət Günü münasibətilə ünvanladığı teleqramda bildirib.
“Əminəm ki, biz dost xalqlarımızın mənafeyi uğrunda, daha ədalətli və demokratik dünya nizamının qurulması maraqları naminə ikitərəfli əlaqələrin bütün kompleksini ardıcıl şəkildə davam etdirəcəyik. Sizə – cansağlığı və uğurlar, həmvətənlərinizə xoşbəxtlik və firavanlıq diləyirəm”, - Putinin məktubunda qeyd olunub.
O əlavə edib ki, müxtəlif sahələrdə əməkdaşlıq yaxşı gəlir gətirir və böyük birgə layihələr sistemli şəkildə həyata keçirilir. Rusiya lideri vurğulayıb ki, Moskva və Ankara regional və qlobal gündəmdəki mühüm məsələlərin həlli istiqamətində səyləri uğurla əlaqələndirirlər.
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Region00:27Xameneinin müavini öldü


























.jpg)









