Dünya
Ərdoğan “TOGG”, Japarov isə görün nə hədiyyə etdi - FOTO
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvə Toplantısı Qırğızıstanda keçiriləcək. Bu çərçivədə Qırğızıstanda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qırğızıstan Prezidenti Sadır Japarov qəbul edib.
Publika.az xəbər verir ki, iki lider “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası”nda iştirak ediblər.
Görüşdə Ərdoğan və Japarovun iştirakı ilə iki ölkə arasında 19 müqavilə imzalanıb. Həmçinin, Ərdoğana Japarov tərəfindən birinci dərəcəli “Manas ordeni” təqdim edilib.
Görüşdən sonra Ərdoğan Japarova “TOGG”, Japarov isə Ərdoğana at hədiyyə edib.
Qeyd edək ki, birinci dərəcəli "Manas" ordeni Qırğızıstanın ən yüksək mükafatıdır. Bu mükafat ölkənin və demokratik cəmiyyətin, xalqın birliyinin qorunması və möhkəmləndirilməsi, dövlətin iqtisadi, intellektual və mənəvi potensialının artırılması sahəsində müstəsna xidmətlərə görə verilir.
Roza
-
Magazin106:16“Darıxmışam deyim ki…” - FOTO
-
Maraq dünyası04:44Bakıda turistlərin rəqsi gündəm oldu - VİDEO
-
Magazin204:14Timatinin keçmiş sevgilisi söz-söhbətə SON QOYDU - FOTO
-
Əmlak01:41Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI
-
Ekologiya01:11Bu gecə Azərbaycanda Super Ay müşahidə olunacaq
-
Magazin200:15Demet Özdemir Azərbaycan mahnısı paylaşdı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Hissləriniz dərinləşir
-
Hadisə4 Dekabr 22:12Bakıda yeraltı keçiddə eskalator QIRILDI - Xəsarət alanlar var


































