Dünya
Baltikyanı sabotaj: Hibrid müharibə xəbərdarlığı - Gərginlik artır
Baltik dənizində Finlandiya və Almaniyanı birləşdirən sualtı telekommunikasiya kabelinin kəsildiyi, Litva ilə İsveç arasındakı sualtı kabelin də zədələndiyi açıqlanıb.
Publika.az xəbər verir ki, hadisələrin inkişafından sonra Finlandiya və Almaniyanın xarici işlər nazirləri birgə bəyanat yayaraq hibrid müharibə ilə bağlı xəbərdarlıq ediblər.
Rabitə infrastrukturunun sıradan çıxarılmasına yönəlmiş təxribat əməliyyatlarına qarşı xəbərdarlıqların artdığı bir vaxtda Baltik dənizində iki ayrı məlumat kabeli kəsilib.
Finlandiya ilə Almaniya arasında təxminən 1200 km uzunluğunda olan “C-Lion1” məlumat kabelinin bazar ertəsi səhər tezdən kəsildiyi açıqlanıb.
Finlandiya operatoru "Cinia Oy" tərəfindən edilən açıqlamada Helsinki-Rostok xəttində fiber optik əlaqə kabelinin tamamilə qırılmış ola biləcəyi açıqlanıb. Bağlantının kəsilməsi ilə saniyədə 144 terabit məlumat daşıyan xəttdən istifadə edən bütün xidmətlər sıradan çıxıb.
“Cinia Oy” şirkətinin baş direktoru Ari-Jussi Knaapila problemin səbəbinin tam aydınlaşdırılmadığını və insidentlə bağlı araşdırmalarının davam etdiyini açıqlayıb.
Hələlik sualtı təmir prosesinin nə qədər vaxt aparacağı dəqiq bilinmir.
Aysel Şahmar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO
-
Dünya30 Aprel 19:48Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi

















.png)
.jpg)














