Dünya
Ən gənc planetlərdən biri kəşf edildi
Astronomlar kainatın dərinliklərində yaşı cəmi 3 milyon olan planet aşkar ediblər. “IRAS 04125+2902 b” kimi də tanınan “TIDYE-1b” indiyə qədər müşahidə edilən ən gənc planetlərdən biridir.
Publika.az xəbər verir ki, Yerin yaşı 4,5 milyard ildir. Yəni “TIDYE-1b”dən 1500 dəfə böyükdür. Bu gənc planetin kəşfi planetin formalaşmasının ilkin mərhələləri haqqında mühüm ipucuları verir.
Bundan əlavə, bu xüsusi kəşf alimləri planetlərin necə yarandığına dair modellərini yenidən nəzərdən keçirməyə vadar edir.
Şimali Karolina Universitetinin aspirantı və tədqiqatın aparıcı müəllifi Madyson Barber kəşfi belə qiymətləndirib: “Astronomiya kainatdakı yerimizi, haradan gəldiyimizi və hara gedə biləcəyimizi anlamağa kömək edir. “TIDYE-1b” kimi planetlərin kəşfi bizə geriyə səyahət etməyə imkan verir”.
Barber və komandası NASA-nın TESS teleskopundan istifadə edərək “TIDYE-1b”ni tranzit yolu ilə kəşf ediblər. Bu üsul planetin varlığını ulduzunun qarşısından keçərkən işığı bir qədər azaltmaqla müəyyən etməyə imkan verir.
Aysel Şahmar
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)