Dünya
Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olundu
Cənubi Koreyada elan edilmiş fövqəladə hərbi vəziyyət rejimi ləğv olunub.
Publika.az xəbər verir ki, dekabrın 3-dən 4-nə keçən gecə ölkə parlamentində məsələ səsverməyə çıxarılıb və Prezident Yun Sok Yoldan hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul edilib. Cənubi Koreyanın konstitusiyasına əsasən əgər parlament çoxluğu tələb edirsə, hərbi vəziyyət ləğv olunmalıdır.
Parlamentin qərarından sonra Prezident Yun Sok Yol kabinetin iclasını keçirib və hərbi vəziyyətin aradan qaldırılması barədə razılıq əldə olunub. Dövlət başçısı dekabrın 4-də yerli vaxtla səhər saat 4:30-da hərbi vəziyyətin ləğv olunduğunu elan edib. Hərbi vəziyyətlə əlaqədar küçələrə çıxarılmış ordu geri çəkilib. Beləliklə, Cənubi Koreyada təxminən 6 saat davam edən hərbi vəziyyət rejimi başa çatıb.
Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında fövqəladə hərbi vəziyyət elan edib.
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar





































