Dünya
Əks effekt verəcək: ABŞ-dan rus generalın qətlinə reaksiya
Rusiya ordusunun Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının (RKhBZ) rəisi, general-leytenant İqor Kirillovun öldürülməsi Rusiya və Ukrayna arasında danışıqlara əks təsir göstərə bilər.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzetinə ekspertlər bildiriblər.
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Duqlas Londonun sözlərinə görə , Kirillovun qətli yalnız “psixoloji təsir” göstərə bilər, lakin bu, Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə təsir etməyəcək. MKİ-nin digər keçmiş əməkdaşı Ralf Qof qeyd edib ki, Kiyevin bu cür hərəkətləri yanlışdır.
“Ehtiyatlı olmasalar, əks effekt yaradacaqlar. Onlar rusları o qədər qəzəbləndirəcəklər ki, danışıqlarda maraqlı olmadıqlarını bildirəcəklər”, o generalın qətlinin nəticələrini dəyərləndirib.
Kiyev də bu cür hərəkətlərin məqsədəuyğunluğuna şübhə ilə yanaşır. Ukrayna xüsusi xidmət orqanlarının yüksək rütbəli zabiti anonimlik şərti ilə etiraf edib ki, döyüş meydanında strateji və taktiki baxımdan heç nə dəyişməyəcək və RCBZ qoşunlarının rəisi vəzifəsini sadəcə olaraq başqa şəxs tutacaq.
Tural
-
Art05:45Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Avropa05:15Ukraynanın dövlət borcu yeni rekord həddə çatdı
-
Hadisə02:42Xəzər dənizində zəlzələ baş verdi
-
ABŞ02:12Tramp süni intellekt şirkətləri rəhbərləri ilə görüşür
-
Qoroskop00:15Günün ULDUZ FALI
-
Magazin100:00"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
Ekologiya29 Sentyabr 23:36Naxçıvana ilk qar yağdı - VİDEO
-
Magazin229 Sentyabr 23:24Yaraşıqlı kişilərdə görün nələr çatışmır - Təşkilatçılar qadınlardan yardım istədilər



























.jpg)