Dünya
Zelenskidən Kurskda döyüşən Şimali Koreya əsgərləri ilə bağlı AÇIQLAMA
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə birlikdə döyüşərkən Kursk vilayətində öldürülən və yaralanan Şimali Koreya əsgərlərinin sayının 3 mini keçdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Zelenski “X” sosial media platformasında gündəmlə bağlı açıqlamalar verib.
O, müharibə ilə bağlı son məlumatı Ukrayna Baş Qərargah rəisi Oleksandr Syrskyidən aldığını bildirib:
“Şimali Koreyanın Rusiya ordusuna əlavə əsgər və hərbi texnika göndərməsi riski var. Bununla bağlı konkret addımlar atacağıq. Kursk bölgəsində ölən və yaralanan Şimali Koreya əsgərlərinin sayı 3 mini keçib”.
Koreya yarımadası və qonşu regionlarda qeyri-sabitlik riskinin Moskva ilə Pxenyan arasında əməkdaşlığa mütənasib olaraq artdığını bildirən Zelenski bu barədə xəbərdarlıq edib:
“Müasir müharibə təcrübəsinin ötürülməsi və hərbi texnologiyaların Rusiyadan yayılması qlobal təhlükədir. Dünya üçün sabitliyin təmin edilməsinin dəyəri, sabitliyi pozan və insanların həyatını məhv edənlərə təsirli təzyiq göstərməyin qiymətindən həmişə qat-qat yüksəkdir”.
Aysel Şahmar
-
İdman19:00“Qorxu mühiti yaradıb, etiraz edən hər kəs cəzalandırılır” - İnfantinodan gileylənən kimdir?
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?






















.jpg)















.jpg)